Yuxarı

Kolleclərin boş qalan yerlərinə abituriyentlərin qeydiyyatı başlayıb

Kolleclərin boş qalan yerlərinə abituriyentlərin qeydiyyatı başlayıb
Qeydiyyat sentyabrın 13‑dək davam edəcək
© Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gündən etibarən tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, sentyabrın 13‑dək abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi