Kolleclərə tələbə qəbulu aparılan ixtisaslar və plan yerlərində dəyişikliklər edilib - SİYAHI

Kolleclərə tələbə qəbulu aparılan ixtisaslar və plan yerlərində dəyişikliklər edilib - SİYAHI “Odlar Yurdu” Universiteti nəzdində yeni kollec yaradılıb
Elm və təhsil
8 İyul , 2016 13:58
Kolleclərə tələbə qəbulu aparılan ixtisaslar və plan yerlərində dəyişikliklər edilib - SİYAHI

Bakı. 8 iyul. REPORT.AZ/ 2016/2017-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9 illik) təhsil bazasında tələbə qəbulu aparılan ixtisaslarda və plan yerlərində bəzi dəyişikliklər edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən xəbərə görə, Naxçıvan Dövlət Texniki Kollecində əlavə olaraq “Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası yaradılıb. Bu kollecə ayrılan ümumi plan yerləri çərçivəsində tələbə qəbulu nəzərdə tutulub.

Digər bir dəyişikliyə əsasən, “Odlar Yurdu” Universiteti nəzdində yeni təsis edilən “Odlar Yurdu” Kollecinə tələbə qəbulu nəzərdə tutulub.

Naxçıvan Dövlət Texniki Kollecində qəbul aparılan ixtisaslar və plan yerləri ilə aşağıdakı cədvəldə verilib:

Kodu Adı P l a

n

Təhsil haqqı (manatla)
Naxçıvan Dövlət Texniki Kolleci
583319 Mühasibat uçotu 10
583327 Bank işi 10
583335 Nəqliyyatda daşımaların təşkili 10
583343 Yol hərəkətinin təşkili 10
583351 Baytarlıq 10
583424 Rabitə qovşaqları və kommunikasiya sistemləri 9
Ödənişli əsaslarla
583368 Mühasibat uçotu 10 500
583376 Bank işi 10 500
583384 Nəqliyyatda daşımaların təşkili 10 500
583392 Yol hərəkətinin təşkili 10 500
583416 Baytarlıq 10 500
583432 Rabitə qovşaqları və kommunikasiya sistemləri 10 500

Odlar Yurdu Kollecinə qəbul aparılan ixtisaslar və plan yerləri ilə aşağıdakı cədvəldə verilib:

Kodu Adı P l a

n

Təhsil haqqı (manatla)
"Odlar Yurdu" Universitetinin
"Odlar Yurdu" Kolleci
Ödənişli əsaslarla
596117 Peşə təlimi 25 800
596125 Mühasibat uçotu 25 800
596133 Maliyyə işi 25 800
596141 Bank işi 25 800
596158 Menecment 25 800
596166 Bələdiyyə təsərrüfatının təşkili 25 800

Son xəbərlər

Orphus sistemi