Yuxarı
    Bağlamaq

    Kolleclərə qəbulun nəticələri açıqlanıb

    Bakı. 8 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

    DİM-dən "Report"a verilən məlumata görə, nəticələr avqustun 8-i saat 17:10-dan etibarən Mərkəzin internet səhifəsində yerləşdirilib.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

    Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma faizi
    Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi
    Dövlət (ödənişsiz) 4176 4000 113 4113 98,49
    Dövlət (ödənişli) 4964 4481 89 4570 92,06
    Özəl 755 720 9 729 96,56
    Cəmi 9895 9201 211 9412 95,12

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi