Yuxarı

BANM-in Prezident təqaüdçüsü: "Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib"

BANM-in Prezident təqaüdçüsü: "Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib"
Bu ali təhsil ocağına daxil olmaq mənim məqsədim idi

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi “BANM-in Prezident təqaüdçülərinə 10 sual” adlı layihə həyata keçirir. Layihənin budəfəki qonağı BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Fatimə Abdinlidir. "Report" həmin müsahibəni təqdim edir.

- Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.

- Mən, Fatimə Surxay qızı Abdinli 1997-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəb illərində əla qiymətlərlə oxumuşam. Builki qəbul imtahanında iştirak edərək Bakı Ali Neft Məktəbinə daxil olmuşam. İxtisasım Kimya mühəndisliyidir.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- İmtahanlardan öncə qarşıma məqsəd qoymuşdum. Çünki həmişə Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olmuşam və məqsədimə çatmaq üçün bəzən asan olmasa da, çox çalışmışam.

- Nə qədər bal toplamışdınız?

- 695 bal toplamışam.

- Niyə məhz BANM...

- Azərbaycanda nömrə bir olan Bakı Ali Neft Məktəbində təhsil yüksək səviyyədə olduğundan mən də məhz bu universiteti seçdim. Bu ali təhsil ocağına daxil olmaq mənim məqsədim idi.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Ailəm mənə bütün verdiyim qərarlarda hər zaman dəstək olub və arxamda dayanıb. Buna görə də mən həmişə ailəmə minnətdaram.

- Ən böyük arzunuz nədir?

- Müxtəlif ölkələrə səyahət etmək, müxtəlif yerləri gəzmək, şəhərləri görmək, hər bir ölkənin maraqlı yerlərində olmaq ən böyük arzumdur.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- İxtisasım Kimya mühəndisliyidir. Bu ixtisas Azərbaycanda çox inkişaf edib və mənim də bu sahəyə böyük marağım var. Gələcəkdə bu sahə üzrə yüksək ixtisaslı mütəxəssis olacağıma inanıram.

- Hobbiniz nədir?

- Dərsdən kənar vaxtlarımda velosiped sürmək və kitab oxumağı xoşlayıram.

- Başqa hansı maraqlarınız var?

- Futbol ilə maraqlanıram.

- Hansı janrda kitabları oxuyursunuz?

- Detektiv janrında olan kitabları oxumağı sevirəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi