Yuxarı

Kəlbəcər məktəbində dava baş verib, 14 yaşlı qız ciddi xəsarət alıb - ƏLAVƏ OLUNUB

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır

Bakı. 30 noyabr. REPORT.AZ/ Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan və Gəncədə fəaliyyət göstərən orta məktəbdə kütləvi dava baş verib. "Report" xəbər verir ki, Kəlbəcərin 9 saylı orta məktəbin 9-cu sinif şagirdi, 14 yaşlı Fidan Məmmədova dərs vaxtı təhsil aldığı məktəbdə naməlum şəxslərin hucumuna məruz qalıb. Hadisə zamanı məktəbin daxili qapılarından birinin şüşəsi sınıb. Fidan Məmmədova isə müxətəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər məktəblinin vəziyyətini orta-ağır kimi qiymətləndirib.

Hələlik hadisənin kim tərəfindən və hanı şəraitdə baş verdiyi məlum deyil. Müəllimlər Fidan Məmmədovanın iki nəfər naməlum şəxs tərəfindən döyüldüyünü iddia edirlər.

Ancaq Kəlbəcər rayon 9 saylı tam orta məktəbin direktoru Məmməd Məmmədov şagirdin iki nəfər şəxs tərəfindən döyülməsi iddiası ilə razılaşmayıb.. Direktor yalnız hadisədən sonra məktəbin daxili qapılarından birinin şüşə pəncərəsinin sındığından şagirdin xəsarət aldığını təsdiqləyib.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi