Yuxarı
    Bağlamaq

    Ötən il ümumilikdə 20272 nəfər attestat alıb

    Şəhər abituriyentlərinin yalnız 36.34%-i 300-dən yuxarı bal toplayıb

    Bakı. 11 fevral. REPORT.AZ/ "2014-cü ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20 481 şagird bitirib, onların 19 855 nəfəri buraxılış imtahanında iştirak edib və 17 563 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb". "Report" xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında məlumat verilib.

    Məlumata görə, şəhər məzunlarının buraxılış imtahanında topladıqları orta bal ana dili fənni üzrə 19,40, riyaziyyat fənni üzrə 18,39, hər iki fənn üzrə birlikdə 37,79-a bərabərdir: "Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 16,93%, 15,55%, 16,22% yuxarıdır. Buraxılış imtahanında ana dili fənni üzrə məzunların 6.04%-i "2", 32.66%-i "3", 36.23%-i "4", 25.07%-i "5", riyaziyyat fənni üzrə isə 9.04%-i "2", 28.07%-i "3", 40.74%-i "4", 22.15%-i "5" qiyməti alıb.

    Jurnalda o da qeyd edilib ki, keçən il ümumilikdə 20 272 nəfər attestat alıb. Attestat alanların 86.03 %-i (17 440 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 10 100 məzunu (imtahanda iştirak edənlərin 57.91 faizi) tələbə adını qazanıb. Onların 31.52%-i (3184 nəfəri) dövlət, 0.81%-i (82 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 53.02%-i (5355 nəfəri) dövlət, 14.64%-i (1479 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhər məzunlarının 1832 nəfəri 500-dən, o cümlədən 536 nəfəri 600-dən yuxarı bal toplayıb.

    Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 249.706-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 7.6% yuxarıdır.

    Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:

    - 0-100 intervalında 24.56% (4283 nəfər), 

    - 100-200 intervalında 20.13% (3510 nəfər), 

    - 200-300 intervalında 18.97% (3308 nəfər), 

    300-500 intervalında 25.84% (4506 nəfər), 

    500-dən yuxarı 10.51% (1832 nəfər).

    Beləliklə, şəhərin abituriyentlərinin yalnız 36.34%-i 300-dən yuxarı bal toplayıb.

    Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 2.69 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 52.33%-dir. Qəbul imtahanlarında 320 məktəbin məzunları iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi