Yuxarı

“Kapital Bank”ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edilib

“Kapital Bank”ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edilib 466
Sonda ölkənin güclü şagirdləri “Birincilərin birincisi” nominasiyasında təltif olunublar

Bakı. 26 may. REPORT.AZ/ “Kapital Bank” ASC sosialyönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 minədək şagird tədbirdə iştirak edib.

Ötən gün Nizami Kino Mərkəzində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib.

Olimpiadada hər fənn üzrə olan qaliblər müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunub. Sonda ölkənin güclü şagirdləri “Birincilərin birincisi” nominasiyasında təltif edilib.

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən "Kapital Bank" ötən il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi