Yuxarı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin yarıdan çoxu imtahana gəlməyib

Qabiliyyət imtahanının nəticələri açıqlanıb

Bakı. 3 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi qabiliyyət imtahanının nəticələrini açıqlayıb. TQDK-dan "Report"a bildirilib ki, imtahanda iştirak etmək hüququ qazanan 341 abituriyentdən 178 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. 2 abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.

TQDK bildirir ki, məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 4-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, apelyasiya komissiyası TQDK-nın A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi