Yuxarı

II və III qrupların abituriyentlərinə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

II və III qruplar üzrə qəbul imtahanı iyulun 25-də keçiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün II və III qruplar üzrə keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

Abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq buraxılış vərəqəsini çap edib götürməlidirlər. Buraxılış vərəqəsi olmadıqda abituriyentlər imtahana buraxılmır.

Xatırladaq ki, II və III qruplar üzrə qəbul imtahanı iyulun 25-də keçiriləcək.

Komissiyadan deyilib ki, əgər kimsə iş nömrəsi və ya şifri unudubsa, onu təkrar əldə edə bilər. Bunun üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır. İş nömrəsi, şifr və kodu daxil edib "Daxil ol" düyməsini basdıqdan sonra buraxılış vərəqəsi uzun müddət ekranda təsvir olunmursa, onda buraxılış vərəqəsini digər brauzer (əsasən "İnternet Explorer" və ya "Mozilla Firefox" brauzerləri tövsiyyə olunur) vasitəsi ilə və ya digər kompüterdə çap etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi