Yuxarı
    Bağlamaq

    II Məntiq Olimpiadasının nəticələri açıqlanıb

    59 şagird finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşüb

    Bakı. 18 may. REPORT.AZ/ Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının nəticələri açıqlanıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, olimpiadanın final mərhələsində paytaxt üzrə 1 859 şagird iştirak edib.

    Nəticələrə əsasən, 59 şagird finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 şagird isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda aktiv iştirakına görə sertifikata layiq görülüb.

    Qeyd edək ki, olimpiadanın final turunun nəticələri artıq məktəblərə göndərilib. Nəticələrlə bağlı narazılığı olan şagirdlər BŞTİ-də mayın 20-nə kimi fəaliyyət göstərəcək Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

    BŞTİ və İstək liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilib.

    Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi