İyun ayında Təhsil Nazirliyinin "Qaynar xətti"nə daxil olan müraciətlərin sayı açıqlanıb

İyun ayında Təhsil Nazirliyinin "Qaynar xətti"nə daxil olan müraciətlərin sayı açıqlanıb Ən çox müraciətlər diplomların tanınması ilə bağlı olub
Elm və təhsil
2 İyul , 2015 17:22
İyun ayında Təhsil Nazirliyinin Qaynar xəttinə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 2 iyul. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) iyun ayında 7501 zəng  və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Nazirlikdən bildirilib ki, daxil olan zənglərin sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox, 2014-cü ilin uyğun dövrü ilə müqayisədə təqribən eyni olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4724 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 639 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1179 sənəd (748 məktub, 377 ərizə, 54 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul və ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1875 zəng) və çərşənbə axşamı (2027 zəng) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1127 müraciət) və çərşənbə axşamı (1178 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Son xəbərlər

Orphus sistemi