Yuxarı
    Bağlamaq

    İyulun 2-də V qrup və kolleclərə əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb

    16 min 151 abituriyentdən 3 min 868 nəfəri imtahana gəlməyib

    Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) keçirilən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.

    Nəticələr bu gün saat 18:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

    Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 16 min 151 abituriyentdən 3 min 868 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 12 min 283 abituriyentdən 26 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın saytında 12 min 257 abituriyentin imtahan nəticələri yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi