Yuxarı
    Bağlamaq

    I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri elan edilib

    25 abituriyent qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib

    Bakı. 24 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

    TQDK-dan "Report"a verilən məlumata görə, nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12 800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. 

    İmtahanda iştirak edən 11 856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb.

    Xatırladaq ki, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

    Qeyd edək ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi