Yuxarı
    Bağlamaq

    ​İranda 5 800 il əvvəl yaşamış insanın skeleti aşkar olunub

    Arxeoloqlar skeletin 30-35 yaşında ölən kişiyə məxsus olduğunu bildiriblər

    Bakı. 9 sentyabr. REPORT.AZ/ İran arxeoloqlarının qənaətinə görə, onlar 5800 il bundan əvvəl yaşamış insanın skeletini aşkar ediblər.

    "Report" TASS-a istinadən xəbər verir ki, sözügedən insan skeleti Pars vilayətinin paytaxtı Şiraz şəhərindən təxminən 20 kilometr şimalda yerləşən Lapuyi təpələrində qazıntı işləri zamanı aşkar edilib.

    Arxeoloqlar skeletin 30-35 yaşında ölən kişiyə məxsus olduğunu bildirirlər.

    Arxeoloji qrupun rəhbəri Nouruz Rəcəbi IRNA agentliyinə müsahibəsində skeletin quru torpaqda qalaraq yaxşı vəziyyətdə olduğunu bildirib və tapıntının o dövrdə bu ərazidə yaşamış insanların həyat tərzi və məişəti haqqında çox məsələlərə aydınlıq gətirə biləcəyini deyib.

    Arxeoloq qeyd edib ki, yaxınlıqdakı kəndlər eramızdan əvvəl 3700-3300 illərdə salınıb və bu da regionda tarixi sivilizasiyanın formalaşmasını bir daha təsdiqləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi