İqtisad Universitetində nümunəvi dərslər aylığına start verilib

İqtisad Universitetində nümunəvi dərslər aylığına start verilib Nümunəvi dərslər bir ay davam edəcək
Elm və təhsil
15 Yanvar , 2016 14:10
İqtisad Universitetində nümunəvi dərslər aylığına start verilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu gündən etibarən yeni layihəyə start verilib. UNEC-dən "Report"a verilən xəbərə görə, layihə çərçivəsində universitetin professor və kafedra müdirləri nümunəvi dərslər keçəcəklər. 

Dərslərdə universitetin müəllim heyəti, doktorant, dissertant, gənc müəllim və əməkdaşlarla yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak edəcəklər.

Layihənin məqsədi təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texnologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürməsidir.

Müasir dövrün aktual problemlərinə həsr olunacaq nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktiki bacarıqlara da yiyələnəcəklər.

Nümunəvi dərslər bir ay davam edəcək.

Son xəbərlər

Orphus sistemi