İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi ilk məzunlarını yola salıb

İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi ilk məzunlarını yola salıb Mərkəz tərəfindən uşaqlara məktəb çantaları və dərs ləvazimatları hədiyyə edilib
Elm və təhsil
15 Sentyabr , 2015 16:17
İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi ilk məzunlarını yola salıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"nin məktəbəqədər hazırlıq kursunu bitirən ikisi fiziki qüsurlu olmaqla, 4 şagird məzun olaraq təhsilini davam etdirmək üçün orta məktəbə yola salınıb. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib.

Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı Mərkəz haqqında məlumat verərək onun fəaliyyəti və əlilliyi olan uşaqlara Mərkəzdə yaradılan şəraitlə qonaqları yaxından tanış edib.

Tədbirdə iştirak edən Ağcabədi rayonunun rəsmiləri, valideynlər və digər qonaqlar regionda belə bir mərkəzin fəaliyyət göstərməsini yüksək qiymətləndirib, birinciləri təbrik edərək onlara bundan sonrakı məktəb həyatında uğurlar arzulayıblar.

Sonda Mərkəz tərəfindən uşaqlara məktəb çantaları və dərs ləvazimatları hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi