​İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb

​İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb Fənni Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev tədris edəcək
Elm və təhsil
17 Fevral , 2016 12:02
​İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb

Bakı. 17 fevral. REPORT.AZ/ İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış universitetlərindən biri olan Qacah Mada Universitetinin Mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Fənni Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir.

Universitetdə bu fənnin tədrisi üçün optimal şərait yaradılıb.

Azərbaycanlı mütəxəssis Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə bakalavriat səviyyəsində təhsil alan 20-dən artıq tələbəni bir semestr ərzində Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış edəcək. 

Son xəbərlər

Orphus sistemi