İlanlar və zəhərli sancmalar haqqında yaddaş kitabçası hazırlanıb

İlanlar və zəhərli sancmalar haqqında yaddaş kitabçası hazırlanıb Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulub
Elm və təhsil
13 İyun , 2017 13:58
İlanlar və zəhərli sancmalar haqqında yaddaş kitabçası hazırlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ AMEA Zoologiya İnstitutunun mütəxəssisi biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov tərəfindən "İlanlar və zəhərli sancmalar haqında" yaddaş kitabçası (təlimatlar) hazırlanıb.

İnstitutdan “Report”a bildirilib ki, kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulub, əhalinin ilanlar və zəhərli sancmalar haqqında düzgün biliklərlə maarifləndirilməsinə, ilanlara qarşı neqativ münasibətin aradan götürülməsinə, Azərbaycanın ilanlar, o cümlədən zəhərli ilan və həşərat növləri haqqında biliklər əldə etməsinə, ən başlıcası zəhərli sancmalardan qorunmaq üçün zəruri olan profilaktik tədbirlər, habelə zəhərli sancma hallarında ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmağa xidmət edir.

Son xəbərlər

Orphus sistemi