İdris İsayev: "Hər bir sinifdə şagird sayı 20-dən çox olmalıdır"

İdris İsayev: "Hər bir sinifdə şagird sayı 20-dən çox olmalıdır" Məktəblərin bütün siniflərində şagird sıxlığı var. Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır.
Elm və təhsil
30 May , 2019 15:25
İdris İsayev: Hər bir sinifdə şagird sayı 20-dən çox olmalıdır

"Məktəblərin bütün siniflərində şagird sıxlığı var. Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır".

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışında qeyd edib.

O bildirib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir: "Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq".

Nazir müavini qeyd edib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: "360-a yaxın müəssisədə təhsilalanlara ibtidai təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsili verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır".

İ.İsayev qeyd edib ki, məktəblərə ixtisaslı psixoloqların cəlb edilməsi gündəmdədir: "Çünki bəzi hallarda məktəblərdə çalışan psixoloqlar öz ixtisası ilə çalışmayan kadrlardır. Eyni zamanda məktəblərdə psixoloq ştatı nəzərə alınmalıdır. Bunun üçün də meyarlar müəyyənləşməlidir".

Son xəbərlər

Orphus sistemi