İDEA İctimai Birliyi gənclər üçün “Uğura gedən yol” adlı yeni layihəyə start verib

İDEA İctimai Birliyi gənclər üçün “Uğura gedən yol” adlı yeni layihəyə start verib Uğura imza atmış insanlarla gənclərin görüşü təşkil olunacaq
Elm və təhsil
21 Aprel , 2015 19:21
İDEA İctimai Birliyi gənclər üçün “Uğura gedən yol” adlı yeni layihəyə start verib

Bakı. 21 aprel. REPORT.AZ/ IDEA İctimai Birliyi gənclər üçün “Uğura gedən yol” adlı yeni layihəyə start verib. "Report" xəbər verir ki, layihə çərçivəsində ayda bir dəfə olmaqla IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və oxşar sahələrdə fəaliyyət göstərən, uğura imza atmış insanlarla gənclərin görüşü təşkil olunacaq.

Görüşlər zamanı qonaq ekspert iştirakçılara professional fəaliyyəti, qazandığı uğurların sirləri və özünü inkişaf etdirməyin yolları haqda geniş məlumat verəcək. Görüşün sonunda sual-cavab sessiyası təşkil olunacaq, ekspert tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılacaq.

“Uğura gedən yol” layihəsi çərçivəsində ilk görüş Azərbaycan Kağız Karton İstehsalı Kombinatının (AKKİK) baş mütəxəssisi Bəxtiyar İsmayılovun iştirakı ilə aprel ayının 27-də baş tutacaq. Layihədə iştirak etmək istəyən gənclərdən ad, soyad və əlaqə nömrələrini 25 aprel, 2015-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Layihə çərçivəsində növbəti görüşlər haqda elan IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediada yerləşdiriləcək. Layihə haqda əlavə məlumat almaq istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi