Təhsil Nazirliyi: "Yaşı 10-dan yuxarı olan 33 uşağı övladlığa götürmək istəyən yoxdur"

Təhsil Nazirliyi: "Yaşı 10-dan yuxarı olan 33 uşağı övladlığa götürmək istəyən yoxdur" Dövlət uşaq müəssisələrində 10 105 nəfər təlim-tərbiyə və təhsil alır
Elm və təhsil
15 Aprel , 2016 16:00
Təhsil Nazirliyi: Yaşı 10-dan yuxarı olan 33 uşağı övladlığa götürmək istəyən yoxdur

Bakı. 15 aprel. REPORT.AZ/ "Hazırda Azərbaycanın dövlət uşaq müəssisələrində təlim-tərbiyə və təhsil alan uşaqların sayı 10 105 nəfərdir. Həmin uşaqlar əsasən 5-17 yaşlılardır". "Report"un məlumatına görə, bunu Təhsil Nazirliyinin Deinstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyeva media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 10 105 nəfərdən 33-nün övladlığa verilməsi nəzərdə tutulub: "Onların hamısı valideyn himayəsindən məhrum olan uşaqlardır. 17-si sağlam, 16-sı isə sağlamlıq imkanı məhduddur. Həmin uşaqların da yaşı 10-dan yuxarıdır. Təəssüf ki, bu gün həmin uşaqları himayəyə götürmək istəyən ailə yoxdur. Çünki Azərbaycanda vətəndaşlar sağlam və əsasən 3-6 yaşlı uşaqları himayəyə götürmək istəyir".

Nazirlik rəsmisi əlavə edib ki, 2010-2015-ci illərdə Azərbaycanda övadlığa verilməsi mümkün olan uşaqlardan 52-si övladlığa verilib. Uşağın təhsilə, ailəyə uyğunlaşması ilə bağlı sonradan bəzi problemlərin yaranma halları da olur.

Son xəbərlər

Orphus sistemi