Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçiriləcək

Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçiriləcək Yarmarkada III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilərlər
Elm və təhsil
31 Mart , 2015 12:59
Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçiriləcək

Bakı. 31 mart. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçiriləcək. Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, yarmarka Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq. Yarmarkada ölkədə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılacaqlar.

Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə tələbələr arasında tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisə təmsilçiləri namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunacaq. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçəcəklər. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər.

Qeyd edək ki, mayın 23-də baş tutacaq əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.

Son xəbərlər

Orphus sistemi