Heriot-Vatt Universiteti BANM-ın iki tələbəsini “İlin tələbəsi” fəxri adına layiq görüb

Heriot-Vatt Universiteti BANM-ın iki tələbəsini “İlin tələbəsi” fəxri adına layiq görüb Bakı. 9 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Nərmin Abdullazadə və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər. 
Elm və təhsil
9 Fevral , 2018 10:15
Heriot-Vatt Universiteti BANM-ın iki tələbəsini “İlin tələbəsi” fəxri adına layiq görüb
BANM

Bakı. 9 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Nərmin Abdullazadə və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, Heriot-Vatt Universiteti tərəfindən hazırlanan sertifikatlar BANM-ın rektoru Elmar Qasımov tərəfindən ilin tələbələrinə təqdim edilib.

2012-ci ildən neft-qaz sektoru üzrə kadr hazırlığında dünyanın aparıcı universitetlərindən olan Heriot-Vattla əməkdaşlıq edən BANM-da təhsil həmin universitetin tədris proqramları əsasında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində, Ali Məktəbin “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə imtahanlar Heriot-Vattın məsul mütəxəssisləri tərəfindən götürülüb. Nəticədə, Heriot-Vatt Universiteti bütün filiallarında və partnyor universitetlərində, bütün il ərzində öz akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən tələbələri arasında BANM-dan iki tələbəni seçərək mükafatlandırıb.

“Mən semestr imtahanlarının nəticələrinə əsasən 50 nəfər arasından Heriot-Vatt Universitetinin tələbəsi kimi seçilərək ikili diplom proqramına qoşulmuş 21 tələbədən biriyəm. Heriot-Vatt Universitetinin keçirdiyi imtahanlarda ortalama balıma görə isə həmişə ilk 5-likdə olmuşam”- deyə Nərmin Abdullazadə qeyd edib. 

N.Abdullazadənin sözlərinə görə, BANM-da təhsil aldığı müddət ərzində H.Əliyev adına Neft Emalı Zavodu, Azərikimya İB, Türkiyədə “Petkim Petrokimya Holding A.Ş.” kimi müəssisələrdə istehsalat təcrübələri keçib.

Rəşad Nəzərəliyev isə 2009/2010-cu illərdə Kimya fənni üzrə keçirilən Respublika fənn olimpiadasında birinci yeri tutub, BP-də təcrübə və yay kursu keçib.

Qeyd edək ki, N.Abdullazadə Bakı Ali Neft Məktəbinə 652, R.Nəzərəliyev isə 677 balla daxil olub. 

Son xəbərlər

Orphus sistemi