Hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalan yerlərə qəbul elan edilib

Hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalan yerlərə qəbul elan edilib Müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplayan oğlan abituriyentlər iştirak edə bilərlər
Elm və təhsil
30 İyul , 2015 14:31
Hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalan yerlərə qəbul elan edilib

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalan (hərbi həkim işi ixtisası üzrə) 20 yerə qəbul həyata keçirilir. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplayan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyulun 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək müraciət etməlidirlər.

Qeyd edək ki, qeydiyyat Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).

Son xəbərlər

Orphus sistemi