​Hərbi Liseydə Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib

​Hərbi Liseydə Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib Liseydə rəsm ilə məşğul olan kursantlara Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş kitablar hədiyyə edilib
Elm və təhsil
30 Mart , 2016 13:36
​Hərbi Liseydə Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar İttifaqının kollektivi ilə incəsənət həftəsi çərçivəsində Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rəssamlar İttifaqının üzvləri xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi - rəssam Ziyadxan Əliyev və Adil Şıxəliyev xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığından və yaratdığı əsərlərdən danışıblar.

Hərbi Liseydə rəsm ilə məşğul olan kursantlara rəsm ləvazimatları və Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş kitablar hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi