Gürcüstanın təhsil naziri Marneulidə yeni təhsil mərkəzi ilə tanış olub

Gürcüstanın təhsil naziri Marneulidə yeni təhsil mərkəzi ilə tanış olub Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda yeni açılmış Momavali (“Gələcək”) adlı özəl beynəlxalq təhsil mərkəzinə baş çəkib.
Elm və təhsil
26 Oktyabr , 2018 19:37
Gürcüstanın təhsil naziri Marneulidə yeni təhsil mərkəzi ilə tanış olub

Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda yeni açılmış "Momavali" (“Gələcək”) adlı özəl beynəlxalq təhsil mərkəzinə baş çəkib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, nazir təhsil mərkəzində yaradılmış şəraitlə tanış olub, şagirdlər, onların valideynləri və müəllimlərlə söhbət edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun rəhbər şəxsləri, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov və digər rəsmilər iştirak ediblər.

M.Batiaşvili çıxışında təhsil mərkəzində tədrisin gürcü dilində aparılmasının əhəmiyyətini vurğulayıb: “Mərkəzdə çalışan müəllimlərin əksəriyyətini gənc kadrlar təşkil edir. Bu cür uğurlu layihənin həyata keçirilməsinə dəstək göstərmiş donor təşkilatlar və özəl sektora minnətdarlığımı bildirirəm. Marneuli kimi çöxmillətli rayonda gürcü dilinin tədrisi dövlət əhəmiyyəti kəsb edir”.

Təhsil mərkəzi Bolqarıstanın Gürcüstandakı səfirliyi və Avropa İttifaqının dəstəyi ilə açılıb. Mərkəzin nəzdində uşaq bağçası da fəaliyyət göstərir. Marneuli və Tbilisidən olan gənc və təcrübəli müəllimlərin çalışdığı təhsil mərkəzində hazırda 150-yə yaxın şagird təhsil alır ki, onların da əksəriyyətini etnik azərbaycanlılar təşkil edir.

Qeyd edək ki, 500 şagird üçün nəzərdə tutulmuş müasir təhsil mərkəzi bu ilin sentyabrından fəaliyyətə başlayıb. 

Son xəbərlər

Orphus sistemi