Yuxarı
    Bağlamaq

    Gürcüstanda yasayan azərbaycanlı tələbələr dövlət və hökumət strukturlarında təcrübə keçəcəklər

    Layihədə 50 nəfərədək azərbaycanlı iştirak edəcək© Report.az

    Tbilisi. 23 mart. REPORT. AZ/ Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi uzrə Dövlət Nazirliyi bu ölkədə yasyan milli azlıqların dövlət, hökumət, bələdiyyə və yerli icra strukturlarında işlə təmin olunmasına, gənclərin gürcü ictimaiyyətinə inteqrasiyasına kömək məqsədilə yeni "1+4" proqramına start verib. 

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, martin 23-də Tbilisidə proqram çərçivəsində hazırlanmış yeni pilot layihənin təqdimatı olub. Barış və vətəndaş bərabərliyi üzrə dovlət naziri Ketevan Çexelaşvili tədbirdə bildirib ki, layihədə dövlətin milli azlıqların işlə təmin olunmasına, Avropaya inteqrasiyasına dəsətəyinin əsasları nəzərdə tutulub. Layihə çərçivəsində milli azlıqların, eləcə də azərbaycanlı tələbələrin dövlət, hökumət, bələdiyyə və yerli icra strukturlarında 3 ay müdətində staj keçmələri nəzərdə turulub. 

    Layihədə iştirak etmək istəyən tələbələr dövlət dilini bilməli, oxuduqları universitetlərdə bilik və bacarıqları ilə seçilməlidirlər. Layihədə ali məktəblərin 3-cü kursundan yuxarı kurslarda təhsil alan, eləcə də, artıq ali məktəbi bitirmiş və magistraturada təhsil alan şəxslər iştirak edə bilərlər. Staj keçərkən fərqlənən səxslərin sonradan həmin idarə və təşkilatlarda işlə təmin olunması da nəzərdə tutulub. 

    Təqdimat mərasimində Gurcüstanin müxtəlif dövlət və hökumət üzvləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Layihədə 50 nəfərədək azərbaycanlı da iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi