Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb inşa olunacaq

Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb inşa olunacaq Tbilisi. 9 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Tsopi kəndində yeni məktəb inşa olunacaq.
Elm və təhsil
9 Fevral , 2019 16:40
Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb inşa olunacaq

Tbilisi. 9 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Tsopi kəndində yeni məktəb inşa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tender elan edib.

Yeni məktəb binasının tikintisinə 2,7 mln. lari (1 mln. dollardan çox) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Tsopi kənd məktəbi illərdir qəzalı vəziyyətdə olan binada fəaliyyət göstərir. Təhsil ocağının Azərbaycan və erməni bölməsində, ümumilikdə, 75 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. 

Son xəbərlər

Orphus sistemi