Gürcüstanda azərbaycanlı məktəblilər arasında bilik yarışı keçirilib

Gürcüstanda azərbaycanlı məktəblilər arasında bilik yarışı keçirilib Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 9-11-ci sinif şagirdləri arasında Nəriman Nərimanov adına Bilik Yarışı keçirilib.
Elm və təhsil
15 İyun , 2019 17:34
Gürcüstanda azərbaycanlı məktəblilər arasında bilik yarışı keçirilib

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 9-11-ci sinif şagirdləri arasında Nəriman Nərimanov adına Bilik Yarışı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, yarışmada Marneuli, Qardabani, Bolnisi və Tbilisi şəhərlərini təmsil edən 9 komanda iştirak edib.

GAİM-in icraçı direktoru Aygül İsayeva Nəriman Nərimanov adına Bilik Yarışının Gürcüstanda ilk dəfə təşkilat tərəfindən həyata keçirildiyini bildirib: “Bu yarışmada məğlub yoxdur, hər kəs qalib hesab olunur. Belə ki, yarışmaya qatılan komandalar öz biliklərini nümayiş etdirməklə yanaşı, həm də yeni biliklər əldə etmiş olacaqlar”.

Yarışda I yeri “Günəş”, II yeri “Teen Wolves”, III yeri isə “Zəka” komandası tutub. Qalib komandalar sertifikat və kuboklarla təltif olunublar.

Bununla yanaşı, I yerə çıxan komandanın üzvləri GAİM-in sentyabr ayında təşkil edəcəyi kursların birində imtahansız və testsiz iştirak etmək hüququ əldə ediblər.

Son xəbərlər

Orphus sistemi