Gündüz İsmayılov: "Vasim Məmmədəliyevin Azərbaycan şərqşünaslığının inkişafında müstəsna xidmətləri olub"

Gündüz İsmayılov: "Vasim Məmmədəliyevin Azərbaycan şərqşünaslığının inkişafında müstəsna xidmətləri olub" Vasim Məmmədəliyev Azərbaycan şərqşünaslığının, ilahiyyat elminin inkişafında müstəsna xidmətləri olan böyük ustamızdır.
Elm və təhsil
14 Oktyabr , 2019 13:19
Gündüz İsmayılov: Vasim Məmmədəliyevin Azərbaycan şərqşünaslığının inkişafında müstəsna xidmətləri olub

"Vasim Məmmədəliyev Azərbaycan şərqşünaslığının, ilahiyyat elminin inkişafında müstəsna xidmətləri olan böyük ustamızdır".

''Report'' xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Vasim Məmmədəliyevlə vida mərasimində jurnalistlərə deyib.

O, Vasim Məmmədəliyevin vəfatından kədərləndiyini bildirib: "Vasim müəllimin tələbəsi olmağımla fəxr edirəm. Biz onun tələbəsi olduq, amma onun qədər savadlı ola bilmədik. Biz Vasim müəllimdən həmişə ədalət gözlədik, lakin onun qədər ədalətli ola bilmədik. Onu həmişə humanist gördük, amma onun qədər humanist ola bilmədik. Bu itki Azərbaycan ictimaiyyəti, elmi üçün böyük itkidir. O, Azərbaycan xalqının, xüsusilə də tələbələrinin qəlbində həmişə var olacaq''.

Son xəbərlər

Orphus sistemi