Yuxarı

Gənclər üçün beynəlxalq təlim kursuna start verilir

Tədbirdə 10 ölkədən 34 iştirakçının qatılması nəzərdə tutulur

Bakı. 13 fevral. REPORT.AZ/ Sabah Azərbaycanda “Avropa gənclərinin layihələrində sosial inteqrasiyanın qiymətləndirilməsi” adlı beynəlxalq təlim kursu öz işinə başlayacaq.

“Report” xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi, Azərbaycan Tələbələr Birliyi, Nərimanov rayon Gənclər və İdman İdarəsi, habelə “Erasmus+” proqramı üzrə Norveç Milli Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi Avropa məkanında gənclərlə bağlı həyata keçirilən layihələrin qiymətləndirilməsi metodologiyasını öyrənmək, layihələrin effektivliyini və gənclərin sosial inteqrasiyanı yüksəltmək, habelə bu istiqamətdə əməkdaşlığı gücləndirməkdir.

Tədbirdə 10 ölkədən (İtaliya, Macarıstan, Çexiya, Litva, Xorvatiya, Norveç, Bolqarıstan, Belarus, Ukrayna və Gürcüstan) 34 iştirakçının qatılması nəzərdə tutulur.

Fevralın 21-dək davam edəcək tədbir müddətində əcnəbilərin bir sıra mədəniyyət ocaqlarına səfərləri, eyni zamanda, onlar üçün Azərbaycan gecəsinin təşkili planlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi