Gənclər təşkilatı “İslam Həmrəyliyi ili” çərçivəsində Orta Asiya ölkələri ilə əməkdaşlığa başlayıb

Gənclər təşkilatı “İslam Həmrəyliyi ili” çərçivəsində Orta Asiya ölkələri ilə əməkdaşlığa başlayıb Səfər müddətində ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb
Elm və təhsil
26 Yanvar , 2017 13:37
Gənclər təşkilatı “İslam Həmrəyliyi ili” çərçivəsində Orta Asiya ölkələri ilə əməkdaşlığa başlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin(GTM) icraçı direktoru Fəxrəddin Həsənzadə “İnnovasiyalar üçün Əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycan və Orta Asiya ölkələrinin birgə toplantısında iştirak edir.

GTM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində baş tutan toplantı çərçivəsində F.Həsənzadə Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın 30-dan çox nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərliyi ilə görüş keçirib. Görüşlərdə Gənclər üçün Təhsil Mərkəzi ilə həmin təşkilatların əməkdaşlıq imkanları, Orta Asiya ölkələri ilə gənclər sahəsində təcrübə mübadilələri, birgə layihələr, habelə bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına dəstək və digər məsələlər müzakirə olunub.

Səfər müddətində Qırğızıstanın Gənclər Təşkilatları Assosiasiyası, Tacikistanın Gənc Jurnalistlərin İnkişaf Assosiasiyası, Qazaxıstanın Şərqi Qazaxıstan Gənclər Təşkilatları Assosiasiyası və Özbəkistanın Uşaq Hüquqları Assosiasiyası ilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, Mərkəz əldə olunmuş razılaşmaya əsasən ilk olaraq, Qırğızıstan-Azərbaycan Gənclər Forumunu, o cümlədən Orta Asiya və Azərbaycanda fəaliyyət göstərən gənclər evlərinin təcrübə mübadiləsi proqramını həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi