Qərib Məmmədov: "Gəncə-Qazax iqtisadi bölgəsinin payızlıq buğda əkinlərində 10 növ zərərverici aşkarlanıb"

Qərib Məmmədov: "Gəncə-Qazax iqtisadi bölgəsinin payızlıq buğda əkinlərində 10 növ zərərverici aşkarlanıb" Həmçinin ET Baytarlıq İnstitutunda qaramal, camış və qoyunların pasterellyozuna qarşı vaksin hazırlanıb
Elm və təhsil
13 Fevral , 2015 09:17
Qərib Məmmədov: Gəncə-Qazax iqtisadi bölgəsinin payızlıq buğda əkinlərində 10 növ zərərverici aşkarlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ "Elmi Tədqiqat (ET) Bitki Mühafizə İnstitutunda Gəncə-Qazax iqtisadi bölgəsinin payızlıq buğda əkinlərində 10 növ zərərverici aşkarlanıb, başlıca zərərvericilərə qarşı aqrotexniki və bioloji mübarizə tədbiri işlənib hazırlanıb". "Report" xəbər verir ki, bunu AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov deyib.

ET Baytarlıq İnstitutunda qaramal, camış və qoyunların pasterellyozuna qarşı vaksin hazırlandığını deyən Q.Məmmədovun sözlərinə görə, Aqromexanika İnstitutunda yeni torpaqbecərən-səpən aqreqat hazırlanıb: "ET Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda Aqrar sahədə istehsalın inkişafının tənzimlənməsinə dair müvafiq tövsiyə və təkliflər işlənib hazırlanıb. Bundan başqa, Bakı Dövlət Universitetinin "Onurğasızlar zoologiyası" kafedrasında meyvə ağaclarına zərər vuran bəzi kəpənəklərin bioekoloji və fizioloji xüsusiyyətləri qiymətləndirilib".

O, həmçinin qeyd edib ki, genomlarında sarı pas xəstəliyinə davamlılıq genlərinin mövcud olduğu 50-dən artıq sabit xətt yaradılaraq seleksiya tədqiqatlarına cəlb edilib: "ET Pambıqçılıq İnstitutunda yüksək məhsuldarlığına, stress amillərinin mənfi təsirinə davamlığına görə nəzarətdən üstün olan 1 pambıq sortu rayonlaşdırılıb. ET Tərəvəzçilik İnstitutunda 3 yeni sort rayonlaşdırılıb və müvafiq patentlər alıb. Üzümçülük və Şərabçılıq İnstitutunda yüksək keyfiyyətli şərab və konyak istehsalı üçün xammal seçilməsi üsulu və istehsal texnologiyaları işlənib hazırlanıb. Yemçilik, Çəmənçilik və otlaqlar İnstitutu yüksək təsərrüfat və keyfiyyət xüsusiyyətlərinə görə nəzarət sortu üstələyən 1 yonca sortu rayonlaşdırılıb". 

Son xəbərlər

Orphus sistemi