Gələn il Yer kürəsində müşahidə olunacaq geomaqnit qasırğalarının sayı açıqlanıb

Gələn il Yer kürəsində müşahidə olunacaq geomaqnit qasırğalarının sayı açıqlanıb Bu il ümumilikdə 36 geomaqnit qasırğası olub
Elm və təhsil
28 Dekabr , 2015 13:54
Gələn il Yer kürəsində müşahidə olunacaq geomaqnit qasırğalarının sayı açıqlanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Gələn il Yer kürəsində təxminən 7 ən böyük, ümumilikdə isə 40 geomaqnit qasırğası gözlənilir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib.

Xəbərdarlıq mətnində qeyd olunub ki, 2016-ci ildə 25-40 arası geomaqnit qasırğası proqnozlaşdırılır: "Onların arasında böyük olacaq qasırğaların sayı 3-7 arası dəyişir".

Məlumata görə, 2016-cı ildə günəşin aktivliyinin tədricən düşməsi davam edəcək. Qurum qeyd edir ki, bu təbiət hadisəsi yüksəkorbital peyklərdə yerləşdirilmiş elektronikanın işinin pozulma risklərinə gətirib çıxara bilər.

Rusiya FHN-in yaydığı məlumatda o da bildirilir ki, 2015-ci ildə çox sayda geomaqnit qasırğası qeydə alınıb. Belə ki, bu ilin yanvar ayının 1-dən noyabrın 1-dək 36 geomaqnit qasırğası olub. Onlardan beşi daha böyük qasırğa olub. Ən böyük qasırğa isə iyunun 22-də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi