Yuxarı

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb
Dinlə

Bakı. 17 sentyabr. REPORT.AZ/ AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2019-cu ilin Günəş tutulmalarının vaxtını açıqlayıb.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, gələn il 3 Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Belə ki, ilk Günəş tutulması 2019-cu il yanvarın 6-da Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona çatacaq.

Növbəti Günəş tutulması 2019-cu il iyulun 2-də yerli vaxtla saat 20:55-də baş verəcək və iyulun 3-də 01:50-də sonlanacaq.

Sonuncu Günəş tutulması isə 2019-cu il dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi