Məleykə Abbaszadə: "Gələn il monitorinq imtahanlarının elmi-statistik təhlillərinin yüklənməsi pullu olacaq"

Məleykə Abbaszadə: "Gələn il monitorinq imtahanlarının elmi-statistik təhlillərinin yüklənməsi pullu olacaq" "Hazırda pulsuz olduğundan onları indidən yükləməyinizi məsləhət görərdim"
Elm və təhsil
19 Dekabr , 2016 15:11
Məleykə Abbaszadə: Gələn il monitorinq imtahanlarının elmi-statistik təhlillərinin yüklənməsi pullu olacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ "Gələn il yanvarın 1-dən monitorinq imtahanlarının elmi-statistik təhlillərinin yüklənməsi pullu olacaq".

"Report"un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunan konfransda deyib.

Onun sözlərinə görə, son bir il ərzində yükləmələrin sayı 3400-ə yaxın olub: "Yükləmələr əsasən xaricdən həyata keçirilib. Son 2 ayda isə keçirilən görüşlərin nəticəsi olaraq 500 yükləmə olub. Bunları da sırf region müəlimləri edib. Hazırda pulsuz olduğundan onları indidən yükləməyinizi məsləhət görərdim. Çünki bu yükləmələrin qiyməti gələn il ən azı 1 manat olacaq".

M.Abbaszadə imtahan qaydalarının dəyişdirilməsi ilə bağlı tez-tez suallar verildiyini deyərək qeyd edib ki, onlar dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olmalıdırlar: "Bu sənədlər təhsil mühitini formalaşdıran sənədlərdir və onları da icra edirik. Kurikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün yeni növ tapşırıqların verilməsi lazım idi. Bunun üçün də 2013-cü ildən başlayaraq şagirdlər arasında Azərbaycan dili (tədris rus dilində olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir. Bazada hazırda 9-cu sinifdə oxuyan 113 min şagirdin adı var. Onların da 85 459-u artıq monitorinq imtahanlarından keçib". 

Son xəbərlər

Orphus sistemi