Yuxarı
    Bağlamaq

    Gələn il AMEA-nın magistratura səviyyəsinə 31 ixtisas üzrə 133 yerin ayrılması planlaşdırılır

    Mikayıl Cabbarov: Bu gün ali təhsil müəssisələrində elmin maliyyələşdirilməsi mexanizmi mövcud deyil

    Bakı. 21 dekabr. REPORT.AZ/ "Səmərəli elmi tədqiqat aparmağı təmin etmək üçün ali təhsil və elmi-tədqiqat müəssisələrinin müştərək istifadə edə biləcəyi elmi-tədqiqat laboratoriya mərkəzlərinin yaradılmasına ehtiyac var". 

    "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edərkən deyib.

    Onun sözlərinə görə, belə mərkəzlərin yaradılması maliyyə vəsaitlərinə qənaət edilməsinə, həmçinin birgə fənlərarası tədqiqatların sayının və keyfiyyətinin artmasına şərait yaradacaq: "Elmi innovasiya fəaliyyətinin kommersiyalaşdırılmasını təmin etmək məqsədilə daimi şuranın təsis edilməsini təklif edirəm".

    Nazir qeyd edib ki, bu gün ali təhsil müəssisələrində elmin maliyyələşdirilməsi mexanizmi mövcud deyil: "Bu sahədə dövlət siyasətinin alətlər və resurslarla dəstəklənməsinə ehtiyac var".

    M.Cabbarov vurğulayıb ki, keçən il AMEA-nın magistratura səviyyəsinə 7 ixtisas üzrə 20 yer, bu il 19 ixtisas üzrə 63 yer ayrılmışdı: "Gələn il üçün isə 31 ixtisas üzrə 133 yerin ayrılması planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi