Yuxarı

Mikayıl Cabbarov: "Gələcəkdə aşağı sinif şagirdləri arasında qiymətləndirmə aparılacaq"

Bununla bağlı Təhsil Problemləri İnstitutu qarşısında vəzifə qoyulub

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Azərbaycanda yaxın gələcək üçün aşağı sinif şagirdləri arasında qiymətləndirmənin keçirilməsi ilə bağlı Təhsil Problemləri İnstitutu qarşısında vəzifə qoyulub". 

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanda yalnız 9 və 11-ci siniflərdə buraxılış imtahanları keçirilir: "Qiymətləndirmə prosesini aşağı siniflərdə keçirmək zəruri fənlər üzrə şagirdlərin nəticələrini yaxşılaşdırmağa imkan verəcək”.

O qeyd edib ki, bu il aşağı sinif şagirdləri arasında qiymətləndirmənin aparılması məsələsi Təhsil Nazirliyində müzakirə edilib: “Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub. Hazırda beynəlxalq təcrübə araşdırılır. Digər tərəfdən ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə müzakirələr aparılıb. Müzakirələrdə bu qənaətə gəlinib ki, belə bir qiymətləndirmənin aparılması imkanları mövcuddur, amma biz bu tədris ili üçün bu qərarı vermirik. Çünki belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi