Yuxarı

Fransa-Azərbaycan Universiteti ADNSU-nun 3-cü tədris korpusuna köçürüləcək

UFAZ-ın indiki binasında isə ADNSU-da I kursa qəbul edilən ingilis dili üzrə 320 tələbə təhsilini davam etdirəcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Fransa-Azərbaycan Universiteti (UFAZ) növbəti tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3-cü tədris korpusuna köçürüləcək.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ADNSU-nun rektoru Mustafa Babanlı deyib. 

Eyni zamanda UFAZ-a rəhbərlik edən M.Babanlı bildirib ki, ADNSU-nun Nizami 183 ünvanında yerləşən üçüncü korpusu həmin universitet üçün ayrılıb: “Hazırda binanın təmiri Təhsil Nazirliyinin ümumi nəzarəti altında dövlət səviyyəsində həyata keçirilir. Növbəti tədris ili üçün binanın istifadəyə verilməsi nəzərdə tutulub”.

O əlavə edib ki, UFAZ-ın ADNSU-nun əsas korpusundakı indiki binasında isə I kursa qəbul edilən ingilis dili üzrə 320 tələbə təhsilini davam etdirəcək: "Yəni, ADNSU-nun ingilis dili bloku həmin korpusa yerləşdiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi