Yuxarı

"Fövqəladə hallar atlası" ilə bağlı İşçi Qrupu yaradılıb

Martın 28-dən sonra xəritə İşçi Qrupunun müzakirəsinə təqdim olunacaq

Bakı. 17 mart. REPORT.AZ/ "Fövqəladə hallar atlası" ilə bağlı İşçi Qrupu yaradılıb və bu qrupun fəaliyyəti ilə bağlı hazırda yol xəritəsi hazırlanır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

O bildirib ki, atlasın strukturunun necə olacağı, hansı nəticələrin əldə olunacağı yol xəritəsində öz əksini tapacaq: "Təhlükəli hadisələrin təsnifatını aparmaq, onları müəyyənləşdirmək, qabaqcıl tədbirləri hazırlamaq riski minimuma endirmək kimi məsələlər xəritədə əks olunacaq".

Direktorun sözlərinə görə, yol xəritəsinin hazırlanması ilə bağlı işlər yekun mərhələdədir: "Martın 28-dən sonra xəritə İşçi Qrupunun müzakirəsinə təqdim olunacaq".

R.Məmmədov qeyd edib ki, atlas üçün işlənən xəritələrin heç biri bu vaxta qədər Azərbaycanda hazırlanmayıb. Fövqəladə hallar atlası üçün hazırlanan xəritələr tam yeni xəritələr olacaq. Gələcəkdə həmin xəritələrin müasir informasiya bazası yaradılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi