Yuxarı

Azərbaycanın fəxri konsulu Ukrayna akademiyası ilə protokol imzalayıb

Əfqan Salmanov Xarkov Dövlət Dəmiryolu Nəqliyyatı Akademiyasının rektoru ilə görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Xarkov Dövlət Dəmiryolu Nəqliyyatı Akademiyasının rektoru Sergey Pançenko ilə görüşüb. 

Azərbaycan XİN-dən “Report”a verilən məlumata görə, görüş zamanı tərəflər “Qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun növbəti yekununa dair Niyyət Protokolu” imzalayıb.

Fəxri konsul Əfqan Salmanov Xarkov Dövlət Dəmiryolu Nəqliyyatı Akademiyası ilə əməkdaşlığın fəxri konsulluq üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında Əfqan Salmanov Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tarixi İpək Yolunun bərpası, xüsusilə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşası barəsində məlumat verərək, bu layihənin region və onun hüdudlarından kənarda yük daşımalarının artmasına və ticarətin təşviqinə mühüm töhfə verəcəyini qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi