Əziz Sancar: "Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər"

Əziz Sancar: "Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər" "Azərbaycanda olmaqdan çox xoşbəxtəm"
Elm və təhsil
12 İyun , 2017 12:22
Əziz Sancar: Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər
Report.az

Bakı. 12 iyun. REPORT.AZ/ "Bütün azərbaycanlı qardaşlarıma salamımı çatdırıram. Hər kəs bilir ki, biz bir millət iki dövlətik. Burada olmaqdan çox xoşbəxtəm".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancar deyib.

"Azərbaycan da bir türk vətənidir. Bütün türklərin Azərbaycana özəl sevgisi var. Əlaqələrimiz çox güclüdür. Ona görə də Azərbaycan elminə öz töhfəmi verməyə çalışacağam. Əgər mümkün olarsa, istedadlı və bacarıqlı tələbə olarsa yanıma gəlib mənimlə işləyə bilər. Bundan başqa, söz verə bilməsəm də Azərbaycana yenidən gəlib sizin elminizə bir töhfə verəcəm".

"Nobel mükafatı almaq üçün elmə sərmayə yatırmaq lazımdır. Aparılan araşdırmaları dəstəkləmək lazımdır. Yalnız bu şəkildə savadlı elm adamı hazırlamaq olar", - Əziz Sancar əlavə edib.

Son xəbərlər

Orphus sistemi