Yuxarı
    Bağlamaq

    Əvəz Ələkbərov mükafata layiq görülüb - FOTO

    O, bu mükafata “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə layiq görülüb

    Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov mükafata layiq görülüb. Bu barədə "Report"a UNEC-in Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Ə.Ələkbərov “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif edilib. Komissiya kafedra müdirinin sosial sığortanın inkişafı, sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarını da yüksək qiymətləndirib.

    Qeyd edək ki, Ə. Ələkbərov 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi