Evdə təhsilə cəlb olunanların valideynlərinə uşaqlarını tibb müəssisələrinə aparıb-gətirmək üçün verilən müavinət artırılıb

Evdə təhsilə cəlb olunanların valideynlərinə uşaqlarını tibb müəssisələrinə aparıb-gətirmək üçün verilən müavinət artırılıb Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
22 Mart , 2018 11:37
Evdə təhsilə cəlb olunanların valideynlərinə uşaqlarını tibb müəssisələrinə aparıb-gətirmək üçün verilən müavinət artırılıb

Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycanda xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliklə evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 22 manat həcmində müavinət müəyyən edilib. Əvvəl isə bu məbləğ 20 manat olub.

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında da dəyişiklik edib.

Dəyişikliklə müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 495 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 manat müəyyən edilib.

İndiyə qədər isə direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat olub.

Son xəbərlər

Orphus sistemi