Yuxarı

RSXM: Əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu ərazisində aparılır

Bakı. 7 fevral. REPORT.AZ/ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) zəlzələ baş verən ərazidə aparılan tədqiqatlarla bağlı məlumat yayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər. 

Zəlzələnin episentrinə yaxın ərazilərdə RSXM əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb. Hazırda əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində aparılır.

Aparılan araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi