​Elmlər doktorlarının hazırlanması üzrə proqramda təhsil alanların 65 faizi 40 yaşdan yuxarı olanlardır

​Elmlər doktorlarının hazırlanması üzrə proqramda təhsil alanların 65 faizi 40 yaşdan yuxarı olanlardır Bu proqram üzrə təhsil alanların 233-ü qadın, 302-si kişidir
Elm və təhsil
26 Noyabr , 2015 14:57
​Elmlər doktorlarının hazırlanması üzrə proqramda təhsil alanların 65 faizi 40 yaşdan yuxarı olanlardır

Bakı. 26 noyabr. REPORT.AZ/ 2015-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların ümumi sayının 59 faizini 30 yaşadək olan gənclər təşkil edir.

"Report" Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumat verir ki, bu proqram üzrə təhsil alanlar arasında qadınların sayı daha çoxdur.

İlin əvvəlinə olan məlumata görə, ölkədə bu proqram ürə təhsil alanların 1307 nəfəri qadın, 1093-ü isə kişilərdir.

Elmlər doktorlarının hazırlanması üzrə proqramda təhsil alanların 65 faizini isə 40 və yuxarı yaşda olan insanlar təşkil edir.

Bu sahə üzrə təhsil alanlar arasında isə kişilər qadınları üstələyir.

Bu ilin məlumatına görə, bu proqram üzrə təhsil alanların 233-ü qadın, 302-si kişidir. 

Son xəbərlər

Orphus sistemi