Elmin İnkişafı Fondunun icraçı direktoru Misir Mədəniyyət Mərkəzində olub

Elmin İnkişafı Fondunun icraçı direktoru Misir Mədəniyyət Mərkəzində olub Mərkəzin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi strukturun fəaliyyəti barədə məlumat verib
Elm və təhsil
8 May , 2015 19:44
Elmin İnkişafı Fondunun icraçı direktoru Misir Mədəniyyət Mərkəzində olub

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Fondun nümayəndələri Misir Mədəniyyət Mərkəzində olublar.

Mərkəzdən "Report"a verilən məlumata görə, qurumun müdiri Əhməd Sami Elaydi Fondun nümayəndələrinə rəhbərlik etdiyi Mərkəzin yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Öz növbəsində, Fondun icraçı direktoru Elçin Babayev Mərkəzin müdirinə dəvət üçün öz təşəkkürünü bildirib. Tərəflər arasında əməkdaşlıq məsələləri və bir sıra təkliflər müzakirə edilib. Bunlardan ərəbşünaslar üçün müştərək layihələrin keçirilməsi və Misirdə müvafiq qurumla müqavilə bağlamaq, Misir Milli Kitabxanası və Arxivində olan Azərbaycanla bağlı əlyazmalar üzrə tədqiqat aparmaq üçün Azərbaycandan nümayəndələrin göndərilməsi və başqa təkliflər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi