Elmin İnkişafı Fondu videoçarx hazırladı, direktoru ianə etdi

Elmin İnkişafı Fondu videoçarx hazırladı, direktoru ianə etdi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Evdə qal aksiyasına qoşulub.
Elm və təhsil
10 Aprel , 2020 17:29
Elmin İnkişafı Fondu videoçarx hazırladı, direktoru ianə etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu "Evdə qal" aksiyasına qoşulub.

Fonddan "Report"a verilən məlumata görə, koronavirus pandemiyası ilə bağlı elan olunan karantin rejimi günlərində vətəndaşlarımızı "Evdə qal"mağa səsləyən Fond bu müddəti bir fürsətə çevirərək faydalı işlər görməyin, elmi fəaliyyətə daha çox vaxt ayıraraq səmərəli nəticələrə nail olmağın mümkünlüyünü qeyd edib.

Bununla bağlı hazırlanmış videoçarxda ölkəmizin bir qrup istedadlı tələbə və şagirdləri müxtəlif dillərdə "Evdə qal, elmdən qalma", - deyərək müraciət ediblər.

Bundan başqa, Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova bir aylıq maaşını COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Son xəbərlər

Orphus sistemi