Yuxarı
    Bağlamaq

    Elmar Qasımov SOCAR Türkiyənin İnsan resurları direktoru ilə görüşüb

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov SOCAR Türkiyənin İnsan resurları qrup direktoru Sibel Uğurla görüşüb. 

    Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    BANM-da baş tutan görüşdə rektor E.Qasımov Sibel Uğura Ali Məktəb, burdadakı təlim-tədris prosesi, nailiyyətləri və məzunları haqqında ətraflı məlumat verib. E.Qasımov bildirib ki, SOCAR-ın Türkiyədəki STAR Net Emali Zavodu və Petkim Petrokimya Holdinqində 30-dan çox BANM məzunu çalışır, bundan başqa hər yay onlarla tələbə yay istehsal təcrübəsinə göndərilir.

    BANM-da olmaqdan məmnunluğunu və Ali Məktəb haqqında maraqlı faktları və nailiyyətləri yüksək qiymətləndirdiyini bildirən Sibel Uğur BANM-ın məzunlarının da SOCAR-ın Türkiyədəki müəssisələrində uğurla fəaliyyət göstərdiklərini deyib. Tezliklə işçilərin ixtisaslarının artırılması, sahəninin yeniliklərini mənimsəməsi məqsədilə SOCAR Türkey Academy yaradılacağını bildirən Sibel Uğur, bu istiqamətdə BANM-ın böyük dəstəyinə ehtiyyac olacağını qeyd edib.

    SOCAR Türkiyənin İnsan resurları qrup direktoru bu tədris ilinin sonunda da, keçən illərdə olduğu kimi BANM məzunlarından seçilərək SOCAR Türkiyəyə işləməyə göndəriləcəyini söyləyib.

    Görüşdə həmçinin BANM-ın tələbələrinin Sibel Uğurla görüşünün təşkil edilməsi, onun tərəfindən gənclərə karyera və motivasiya seminarının keçirilməsi razılaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi