Yuxarı
    Bağlamaq

    Elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əmək haqları artırılıb

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. 

    "Report" xəbər verir ki, dövlət başçısı sənədi elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalayıb. 

    Sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi